Əsas məzmuna keç
smartcall

Bizimlə əlaqə

Sualınız varsa, zəng edin. Zəngə öz asistanımız cavab verir: məhsulu izah edir, sualınızı cavablayır və müraciətinizi komandaya çatdırır.

Telefon012 311 10 52

24 saat, həftənin 7 günü. Bu zəng həm də ən yaxşı demodur: müştəriləriniz də belə cavab alacaq.

Zəng edin

Özünüz başlayın

Panelə daxil olun, sahənizi seçin və asistanı bir gündə qurun. Başlamaq pulsuzdur.

Pulsuz başlayın
Bakı, Azərbaycan
SmartCall Azərbaycanda hazırlanır.

Biz kimik

SmartCall Azərbaycan dilində danışan AI zəng asistanıdır. Kiçik və orta bizneslər hər gün cavabsız qalan zənglər üzündən müştəri itirir: qəbul masası məşğuldur, usta işdədir, iş saatı bitib. Biz bu zənglərin hər birinin cavablanması, müştərinin qəbula yazılması və vacib olanın dərhal sahibkara çatması üçün işləyirik.